Pakistanda güclü yağış və qar: 40-a yaxın şəxs ölüb

Pakistanda güclü yağış və qar:    40-a yaxın şəxs ölüb
  04 Mart 2024    Oxunub:1000
Keçən həftənin sonundan bəri aramsız yağan leysan yağışlar və güclü qar Pakistanın şimal-qərbindəki Hayber-Paxtunxva əyalətində 20-si uşaq olmaqla azı 38 nəfərin ölümünə səbəb olub.
Dawn qəzetinin yazdığına görə, son 24 saat ərzində əyalətin müxtəlif bölgələrinə 89 mm-ə qədər yağış yağıb, Qilqit-Baltistanın dağlıq bölgəsində əsas magistral yollar qar altında qalıb və nəqliyyatın hərəkəti dayandırılıb. Eyni zamanda İslamabadı ölkənin şimal-qərbi ilə birləşdirən Karakoram şossesi bağlanıb.

Əfqanıstanla sərhəddə yerləşən Şimali Vəziristan rayonunda leysan yağışları onlarla yaşayış binasını dağıdıb, infrastruktura ciddi ziyan vurub.

Davam edən qar yağışı ölkənin cənub-qərbindəki Bəlucistan əyalətinin mərkəzi Kvettada normal həyatı pozub. Onun sakinləri elektrik enerjisinin kəsilməsi və ərzaq çatışmazlığı ilə üzləşirlər. Qvadar şəhərində bir çox əraziləri sel suları basıb, bu da sakinlərin zəruri mal və ərzaq çatdırmasını çətinləşdirir.

AzVision.az


Teqlər:





Xəbər lenti