28 il əvvəl oğurlanan "Ferrari" tapılıb

 28 il əvvəl oğurlanan "Ferrari" tapılıb
  04 Mart 2024    Oxunub:840
London polisi keçmiş "Formula 1" pilotu Gerhard Bergerə məxsus oğurlanmış avtomobili 28 il sonra üzə çıxarıb.
AzVision.az xəbər verir ki, "Ferrari F512M Testarossa" markalı avtomobil 1995-ci ildə İtaliyanın İmola şəhərində baş tutan "Formula 1" qran-prisi zamanı oğurlanmışdı. Onun dəyəri 350 min funt sterliq (445 min AZN) göstərilir.

Polisin məlumatına görə, oğurlanan avtomobil bir müddət Yaponiyada saxlanılıb və bu günlərdə Londonda amerikalı alıcıya satılmaq üzrə ikən ələ keçirilib.

Firudin Həmidli
AzVision.az


Teqlər: Britaniya   avtomobil   oğurluq  





Xəbər lenti