ABŞ Konqresi TikTok-u qadağan edən qanun layihəsi hazırlayıb

ABŞ Konqresi TikTok-u qadağan edən qanun layihəsi hazırlayıb
  06 Mart 2024    Oxunub:632
ABŞ Konqresinin Nümayəndələr Palatasının qanunvericiləri Çinin "ByteDance" şirkətinə məxsus olan TikTok sosial şəbəkəsini qadağan edən qanun layihəsi hazırlayıblar.
AzVision.az xəbər verir ki, bu barədə “The Hill” qəzeti məlumat yayıb.

"Amerikalıların xarici qüvvələr (təcavüzkarlar)tərəfindən idarə olunan proqramlardan qorunması" adlı qanun layihəsinin müəllifi respublikaçı Mayk Qallaxer və demokrat Raja Krişnamurtidir. Sənəd "ByteDance" və TikTok-u “xarici təcavüzkarlar” tərəfindən idarə olunan proqramlar kimi tanıyır.

Qanun layihəsi qəbul olunarsa, Çinin məşhur şirkəti TikTok-dan imtinaya məcbur qalacaq. Əks halda bu platforma ABŞ-da qadağan oluna bilər.

Nəşr yazır ki, əgər şirkət “TikTok”dan imtina etməsə, onun ölkədə “App Store” və ya digər platformalar vasitəsilə yayılması qeyri-qanuni olacaq və hətta istifadəçilərin onu yükləməsi qadağan ediləcək.

Tural Tağıyev
AzVision.az



Teqlər: ABŞ  





Xəbər lenti