Qərb və Amerika Rusiyanın aktivlərini bölüşdürə bilmir

   Qərb və Amerika Rusiyanın aktivlərini bölüşdürə bilmir
  06 Mart 2024    Oxunub:960
Avropa İttifaqı ilə ABŞ arasında Rusiyanın dondurulmuş aktivlərinin dəqiq necə istifadə ediləcəyi ilə bağlı fikir ayrılıqları yaranıb.
Bu barədə Aİ nümayəndələrinə və ABŞ prezident administrasiyasındakı mənbələrə istinadən “Politico” qəzeti yazıb. Adı açıqlanmayan bir avropalı məmurun qeyd edib ki, Aİ yalnız aktivlərin özündən deyil, Rusiyanın aktivlərindən əldə edilən gəlirin istifadəsini nəzərdə tutan planı nəzərdən keçirməyə hazırdır.

Eyni zamanda, ərazisində bütün vəsaitlərin yalnız kiçik bir hissəsi olan ABŞ onların tam müsadirə edilməsində israrlıdır. Nəşrin məlumatına görə, Almaniya, İtaliya və Fransa bu variantın avrozonanın reputasiyasına və beynəlxalq investisiya axınına mənfi təsir edəcəyindən ehtiyat edirlər.

“Politico”nun məlumatına görə, hazırda Aİ Şurasına sədrlik edən Belçika hökuməti üçüncü variant təklif edib – Ukraynanın yenidən qurulması üçün nəzərdə tutulan bank krediti üçün Rusiya aktivlərinin girov kimi istifadə edilməsi.

Bu plana görə, Aİ ölkələri aktivləri özləri Kiyevə yalnız Rusiya Federasiyasının münaqişənin bitməsindən sonra Ukraynaya təzminat ödəməkdən imtina edəcəyi təqdirdə köçürmək niyyətindədir.

Bir gün əvvəl Avropanın daxili bazar üzrə komissarı Tierri Breton Brüsseldə keçirdiyi mətbuat konfransında Avropanın ilk müdafiə sənayesi strategiyasını təqdim edərək bildirib ki, Aİ Ukraynanı dəstəkləmək üçün Rusiyanın dondurulmuş aktivlərindən əldə etdiyi gəlirləri müdafiə sənayesini maliyyələşdirmək üçün istifadə etməlidir.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti