Polşa NATO qoşunları üçün böyük hava limanı tikmək istəyir

Polşa NATO qoşunları üçün böyük hava limanı tikmək istəyir
  09 Mart 2024    Oxunub:1561
Polşada NATO qüvvələrinin şərq cinahına köçürülməsi üçün irimiqyaslı nəqliyyat qovşağının bir hissəsi kimi hava limanı tikmək lazımdır.
Bu barədə Polşa Prezidenti Anjey Duda bildirib. “Polşanın tam təhlükəsizliyi üçün çox sayda böyük hərbi-nəqliyyat təyyarələrini qəbul edə biləcək daha geniş hava limanına ehtiyacımız var”-deyə, o qeyd edib.

Polşa prezidenti hesab edir ki, bu layihə Mərkəzi Rabitə Limanı (CPK) vasitəsilə həyata keçirilməlidir. Bu hava limanının ölkə üzrə ən böyük hava limanına çevriləcəyi və onun tikintisinə bir neçə il vaxt ayrılacağı gözlənilir.

AzVision.az


Teqlər: Polşa   NATO  





Xəbər lenti