Respublikaçılar Ukraynaya yardımı kredit şəklində verəcək

   Respublikaçılar Ukraynaya yardımı kredit şəklində verəcək
  09 Mart 2024    Oxunub:1410
ABŞ Konqresindəki Respublikaçılar Partiyasının nümayəndələri Ukraynaya kredit şəklində veriləcək alternativ yardım paketi hazırlayırlar.
Bu barədə “NBC News” məlumat yayıb. Bildirilir ki, spiker Mayk Conson və Nümayəndələr Palatasının milli təhlükəsizlik üzrə əsas komitələrinin sədrləri Ukraynaya yardım paketi üzərində işləyirlər.

Layihə ilkin mərhələdədir. ABŞ Konqresinin aşağı palatasının Xarici Əlaqələr Komitəsinin sədri Maykl Makkolun sözlərinə görə, qeyri-hərbi yardımın bir hissəsinin kredit kimi ayrılması imkanları araşdırılır. Ola bilsin ki, dondurulmuş Rusiya aktivlərindən istifadə olunsun.

AzVision.az


Teqlər:





Xəbər lenti