Türkiyədə antiterror əməliyyatında 20 nəfər saxlanılıb

   Türkiyədə antiterror əməliyyatında 20 nəfər saxlanılıb
  09 Mart 2024    Oxunub:1103
Türkiyənin İstanbul və Əskişəhər şəhərlərində terror təşkilatlarına qarşı həyata keçirilən "Bozdoğan-10" əməliyyatında 20 şübhəli saxlanılıb.
AzVision.az xəbər verir ki, bu barədə daxili işlər naziri Əli Yerliqaya məlumat yayıb.

"Son terrorçu zərərsizləşdirilənədək mübarizəmiz qətiyyətlə davam edəcək", - o vurğulayıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: Türkiyə   antiterror   əməliyyat  





Xəbər lenti