Belqorod səmasında "Toçka-U" vurulub

Belqorod səmasında "Toçka-U" vurulub
  12 Mart 2024    Oxunub:753
Hava hücumundan müdafiə sistemləri Belqorod vilayəti üzərində səkkiz "RM-70 Vampire" raketi və bir "Toçka-U" taktiki raket sistemini məhv edib.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilir ki, Ukrayna ordusunun raketlərlə hücum cəhdləri martın 12-i saat 07:30 radələrində baş verib.

Xatırladaq ki, səhər saatlarında Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov da Telegram kanalında aktiv hücumlar barədə məlumat yaymışdı. Onun sözlərinə görə, Şebekinski şəhərinin bir neçə yaşayış məntəqəsi Ukrayna Silahlı Qüvvələrinin hücumuna məruz qalıb.
Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya   Raket  





Xəbər lenti