Pakistanda bina çöküb: 9 nəfər ölüb

Pakistanda bina çöküb:    9 nəfər ölüb
  12 Mart 2024    Oxunub:670
Pakistanın şimal-şərqində yerləşən Pəncab əyalətində binanın uçması nəticəsində azı 9 nəfər ölüb, iki nəfər yaralanıb.
Bu barədə "Geo TV" kanalı xilasetmə xidmətinə istinadən məlumat verib. Hadisə martın 12-də Multan şəhərinin rayonlarından birində baş verib.

Yaşayış binasının uçmasına onun qəzalı vəziyyətdə olması səbəb olub. Xilasedicilər hadisə yerinə çatdıqdan sonra kəşfiyyat işlərinə başlayıblar.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti