Tanınmış amerikalı yazıçı müsəlman oldu - Video

   Tanınmış amerikalı yazıçı müsəlman oldu -    Video
  12 Mart 2024    Oxunub:891
İsrailin Qəzzada həyata keçirdiyi hərbi əməliyyatlara reaksiyası ilə səs-küy yaradan 44 yaşlı amerikalı yazıçı və fəal Cefferi Şaun Kinq müsəlman olub.
Ramazana bir gün qalmış müsəlman olduğunu açıqlayan yazıçı şəhadət anlarının videosunu sosial media hesabında paylaşıb:

"Bizim üçün heç vaxt unutmayacağımız gözəl, güclü, mənalı bir gün idi. Az öncə müsəlman olduq. Hər kəsə salam".

Fələstinə dəstək çıxışları və sosial media paylaşımları ilə tanınan Kinq Qəzza əhalisinin yanında olduğunu deyib:

"Mən sizin üçün dua edəcəyəm, siz də bizim üçün dua etməyə davam edin. Bu səhər dünyanın 1 milyarddan çox müsəlmanı ilə birlikdə oruc tutacağam".



Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti