İranda partlayış nəticəsində yaşayış binası uçub

İranda partlayış nəticəsində  yaşayış binası uçub
  12 Mart 2024    Oxunub:698
İranın Luristan ostanında yerləşən Bürucird şəhərində yaşayış binası partlayış nəticəsində uçub.
Bu barədə şəhər yanğınsöndürmə xidmətinin nümayəndəsi Nader Musivənd ISNA-ya məlumat verib. Onun sözlərinə görə, yanan materialların alışması səbəbindən yaşayış binasında partlayış baş verib: "Dağıntılar altında insanlar ola bilər".

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti