Avropa Parlamenti Macarıstana görə AK-nı məhkəməyə verəcək

  Avropa Parlamenti Macarıstana görə AK-nı məhkəməyə verəcək
  12 Mart 2024    Oxunub:730
Avropa Parlamenti Avropa Komissiyasının Avropa İttifaqının depressiyaya məruz qalmış ərazilərinin inkişafı üçün nəzərdə tutulan Avropa fondu vasitəsilə Macarıstana 10,2 milyard avro ödəməsinə hüquqi etiraz etmək istəyir.
Bu barədə “Politico” qəzeti məlumat yayıb. Vergi ödəyicilərinin vəsaitlərindən sui-istifadə etdiyinə görə Aİ-nin qurumu məhkəməyə vermək qərarı verilib. AP Hüquq Məsələləri Komitəsinin qapalı iclasında keçirilən gizli səsvermənin nəticələrinə görə, lehinə 16, əleyhinə isə 1 səs verilib.

Məsələ, Avropa Parlamentinin siyasi qruplarının liderləri tərəfindən cümə axşamı günü keçiriləcək görüşdə də müzakirə ediləcək, nəhayət, AP prezidenti Roberta Metsolaya 25 mart tarixinə qədər AK-yə qarşı hüquqi iddia qaldırması üçün yaşıl işıq yandırılacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti