Paşinyan: "Konstitusiya ilə bağlı referendum o zaman olacaq ki..."

      Paşinyan:    "Konstitusiya ilə bağlı referendum o zaman olacaq ki..."
  12 Mart 2024    Oxunub:743
"Ermənistan hakimiyyəti yeni konstitusiyanın qəbulu ilə bağlı referendumun tarixini hələ müəyyənləşdirməyib, lakin belə bir siyasi gündəm mövcuddur".
AzVision.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında deyib.

O vurğulayıb ki, hələlik yeni konstitusiyanın mətni və konsepsiyası yoxdur: "Sadəcə mənim təklif etdiyim siyasi diskurs var. Konstitusiya ilə bağlı referendum o zaman baş tutacaq ki, mən və siyasi komandamız xalqın buna hazır olduğunu hiss edəcəyik".

Qeyd edək ki, Ermənistanın hazırkı konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları var. Rəsmi Bakı iki ölkə arasında münasibətlərin normallaşması və sülh sazişinin imzalanması üçün Ermənistanın qanunvericiliyinin dəyişdirilməsini tələb edir.

N.Paşinyan daha əvvəl konstitusiyaya dəyişikliklərin olacağını açıqlamışdı.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan   Konstitusiya  





Xəbər lenti