İçib meşəni yandırdı - Fotolar

   İçib meşəni yandırdı -    Fotolar
  12 Mart 2024    Oxunub:825
Antalyanın Kəmər rayonunda alkoqollu şəxs isinmək üçün meşəni yandırıb.
AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, yanğın 600 metr hündürlükdə baş verib. F.K spirtli içki qəbul etdikdən sonra isinmək məqsədi ilə meşədə ocaq qalayıb. Bundan sonra onu yuxu aparıb və alov ətrafa yayılıb. Yanğın 2 çiləyici və 15 nəfər yanğınsöndürənin müdaxiləsindən sonra nəzarətə götürülüb.

Yanğına səbəb olan F.K. meşə mühafizə işçisi Mustafa Atcı tərəfindən sahənin ortasında yerdə huşsuz vəziyyətdə aşkarlanıb. O, təcili yardımla Kəmər Dövlət Xəstəxanasına çatdırılıb.

Müayinələrdən sonra F.K.-nın Kəmər Polis Şöbəsi qrupları tərəfindən şübhəli şəxs qismində polis bölməsinə aparılacağı bildirilib.



Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti