Karlsonun Putinə verməyə çəkindiyi sual: "Niyə qaradərili yoxdur?"

   Karlsonun Putinə verməyə çəkindiyi sual:    "Niyə qaradərili yoxdur?"
  12 Mart 2024    Oxunub:838
Amerikalı jurnalist Taker Karlson Rusiya prezidenti Vladimir Putinə verməyi planlaşdırdığı, lakin sonradan ümumi siyahıdan çıxardığı sualdan danışıb.
Bu barədə “Pul N3” məlumat yayıb. Jurnalist deyib ki, o, Rusiya liderindən niyə Kremldə qaradərili işçinin olmadığını soruşmağa hazırlaşırmış.

“Mən müsahibədən əvvəl prodüserlərimlə birgə kofe içirdim. Söhbət əsnasında onlara dedim: “İndi ora gedəcəyəm və ilk sualım bu olacaq: “Cənab prezident, mən iki gündür burada hazırlaşıram və Kremldə rəhbər vəzifədə olan bir nəfər də olsun afroamerikalı görmədim”, – "Pul N3" Karlsondan sitat gətirir.

Jurnalist qeyd edib ki, anlaşılmazlıqlara yol verməmək üçün sonradan bu sualdan imtina edib.

Putinin Karlsona müsahibəsi fevralın 9-da dərc olunub. Onların söhbəti iki saat altı dəqiqə davam edib. Müsahibədən sonra videomüraciətində Karlson qeyd edib ki, Putinin Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə hazır olması ilə bağlı sözləri onu heyrətə gətirib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti