Polşa Seyminin sədri: "Müharibə olsa, arvadım cəbhəyə gedəcək"

   Polşa Seyminin sədri:    "Müharibə olsa, arvadım cəbhəyə gedəcək"
  12 Mart 2024    Oxunub:806
Polşa Seyminin sədri Şimon Holovniya maraqlı açıqlama verib.
AzVision.az Tarnogorski.info portalına istinadən xəbər verir ki, o, müharibə başlayacağı təqdirdə, həyat yoldaşının da cəbhəyə gedəcəyini deyib.

Polşa Belarusa hücum edəcəkmi? | Minskdən baxış
“Silahlı münaqişə başlasa, həyat yoldaşım da orada öləcək. Əlbəttə Allah eləməsin ki, bu olsun və mən bunu istəmirəm”, - o qeyd edib.

Spikerin sözlərinə görə, onun həyat yoldaşı Polşa Hərbi Hava Qüvvələrində zabit kimi çalışır. Qadın MiQ-29 qırıcısının pilotudur. Holovniya qeyd edib ki, o, real şəkildə orduda xidmət aparır və “mediada, siyasətdə olduğu kimi sözlə döyüşmür”.

Polşa vətəndaşlarının təxminən yarısı (47%) Rusiya Federasiyasının bu ölkəyə hücum edəcəyindən qorxur. Bunu Polşanın RMF FM radiostansiyası və “Dziennik Gazeta Prawna” qəzetinin ötən ay təşkil etdiyi sorğunun nəticələri sübut edir.

Bundan əvvəl isə Rusiya prezidenti bu mövzuda diqqət çəkən fikirlər səsləndirmişdi. O qeyd edib ki, Polşaya qoşunları yalnız Varşava Rusiya Federasiyasına hücum edəcəyi təqdirdə göndərə bilər.



Tural Tağıyev
AzVision.az



Teqlər:   Polşa   Müharibə  





Xəbər lenti