Ramil Usubov Gürcüstana gedib

   Ramil Usubov Gürcüstana gedib
  12 Mart 2024    Oxunub:749
Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi Ramil Usubov Gürcüstanda səfərdədir.
Məlumatı Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) yayıb. Bildirilib ki, Ramil Usubov Tbilisiyə səfəri çərçivəsində Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri ilə görüşüb. Tərəflər iki ölkənin aidiyyəti orqanları arasında təhlükəsizlk sahəsində əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini vurğulayıblar.

Söhbət zamanı həmçinin regionda cari hadisələr və təhlükəsizlik sahəsindəki məsələlərə də toxunulub.

AzVision.az


Teqlər:





Xəbər lenti