Rusiya 3 ölkənin baş nazirini qara siyahıya saldı

   Rusiya 3 ölkənin baş nazirini    qara siyahıya saldı
  12 Mart 2024    Oxunub:699
Rusiya Xarici İşlər Nazirliyi Latviya, Litva və Estoniyadan olan 347 vətəndaşın ölkəyə girişinə qadağa qoyub. Bu barədə XİN-in mətbuat xidməti məlumat yayıb.
Qara siyahıya Estoniyanın Baş naziri Kaya Kallas və onun Latviyadan olan həmkarı Evika Silina da düşüb. Xarici işlər nazirləri, müdafiə nazirləri, silahlı qüvvələrin baş komandanları, idarə rəisləri və keçmiş prezidentlər də bu siyahıda yer alıblar.

Nazirlik bunu Baltikyanı ölkələrin Rusiyaya qarşı düşmənçilik siyasəti olduğunu bildirib və onu istənilən vaxt genişləndirməyə hazır olduğunu vurğulayıb.

Qeyd edək ki, fevral ayında Kaya Kallas Rusiya Daxili İşlər Nazirliyinin axtarış bazasına salınıb. Estoniyalı siyasətçinin konkret hansı cinayət maddəsi ilə axtarışa verildiyi açıqlanmır.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti