Putinin Türkiyəyə səfəri gözlənilir

   Putinin Türkiyəyə səfəri gözlənilir
  12 Mart 2024    Oxunub:828
Rusiya Prezidenti Vladimir Putin Türkiyədə 31 martda keçiriləcək bələdiyyə seçkilərinin ardınca bu ölkəyə səfərə gələcək.
AzVision.az xəbər verir ki, bu barədə prezident Rəcəb Tayyib Ərdoğan səfirlərlə birgə iftar mərasimi zamanı bildirib.

"Sülh naminə hər cür səy göstərdik. Rusiyanın iştirakı olmadan sülh prosesinin nəticə verməyəcəyini bildirdik. Qara dənizdən qonşumuz olan hər iki ölkə ilə dialoqumuzu davam etdiririk. Ötən həftə Ukrayna Prezidenti Zelenskini qonaq etdik. Seçkilərdən sonra isə Rusiya Prezidenti cənab Putini qonaq edəcəyik. Çalışırıq ki, taxıl ticarəti təhlükəsiz həyata keçirilsin. Rusiya və Ukrayna arasında sülh üçün səyləri davam etdiririk", - Ərdoğan deyib.

Firudin Həmidli
AzVision.az


Teqlər: Türkiyə   Rusiya   prezident   səfər  





Xəbər lenti