Rusiya Afrikada Fransanın “quyruğuna basıb” - Putindən etiraf

   Rusiya Afrikada Fransanın “quyruğuna basıb” -    Putindən etiraf
  13 Mart 2024    Oxunub:898
“Fransa prezidenti Emmanuel Makronun Rusiyaya kəskin reaksiyası Afrikada baş verənlərlə bağlı ola bilər”.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin jurnalist Dmitri Kiseleva müsahibəsində bildirib.

Jurnalist Rusiya dövlət başçısından Fransa hakimiyyətinin anti-Rusiya bəyanatlarının Rusiyanın Afrika qitəsində Fransanın “quyruğuna basdığına” görə qisas ola biləcəyini soruşub: V.Putin isə suala cavabında lakonik cavab verib: “Bəli, məncə, bir növ inciklik var”.

O, həmçinin qeyd edib ki, əvvəllər Makronla birbaşa əlaqə saxlanılarkən bu məsələ diqqət mərkəzində olub.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti