Ermənistanın Ali Məhkəmə Şurasının keçmiş sədrinin evində axtarışlar aparılıb

 Ermənistanın Ali Məhkəmə Şurasının keçmiş sədrinin evində axtarışlar aparılıb
  13 Mart 2024    Oxunub:699
Ermənistan Ali Məhkəmə Şurasının keçmiş sədri Ruben Vardazaryan mənzilində axtarış aparılıb.
AzVision.az xəbər verir ki, bu barədə “Joğovurd” qəzeti məlumat yayıb. Qeyd edilir ki, səhər saat 9:30 radələrində Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin 4 əməkdaşı onun evinə gələrək axtarışlara başlayıblar.

Separatçı "deputatlar" Ermənistanı tərk edə bilmirlər
Yüksək rütbəli keçmiş məmurun ailə üzvlərinin telefonları və kompüterləri götürülüb: "İdarədəki mənbələrimizin verdiyi məlumata görə, axtarış prosesini hamısı videoya çəkilib. Səhər saatlarında başlayan axtarışlar saat 17:00-da başa çatıb".

Nəşr yazır ki, Vardazaryanın mənzilində və qarajında 8 saata yaxın axtarışdan sonra idarə əməkdaşları onlara lazım olan əşyaları tapmayıblar.

Xatırladaq ki, 2022-ci ildə Ruben Vardazaryan mətbuat konfransı keçirərək Ermənistan Baş prokurorunun keçmiş müavini Qaqik Cahangiryanın onu öz vəzifəsindən istefa verməyə məcbur etməsinə dair sensasiyalı səs yazısı yaymışdı.

Vardazaryan ötən il isə özünü “revanşist” elan etməsi ilə diqqət çəkdi. O, arxiyepiskop Baqrat Qalstanyan, müdafiə nazirinin keçmiş müavini Artak Zakaryan və siyasi texnoloq Vigen Akopyandan sonra özünü “revanşist” elan edən 4-cü şəxs olmuşdu. Eks-məmur jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycanla müharibənin nəticələrilə barışa bilmir, məğlubiyyəti qəbul etmir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan  





Xəbər lenti