"Trampa səs vermək Putinin komandasına səs vermək deməkdir" - Klinton

   "Trampa səs vermək Putinin komandasına səs vermək deməkdir" -    Klinton
  13 Mart 2024    Oxunub:851
ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton bildirib ki, Donald Trampın seçkilərdəki tərəfdarları Rusiya prezidenti Vladimir Putinin siyasətinə rəğbət bəsləyirlər. Onun sözlərinə görə, Trampa səs vermək “Putinin komandasına” səs vermək deməkdir.
Xanım Klinton bununla bağlı X sosial şəbəkəsində paylaşıb edib.

“Bu, hər gün daha aydın olur: Trampa səs vermək Putinin komandasına səs verməyə bərabərdir”.

Bundan əvvəl ABŞ-ın keçmiş prezidenti Bill Klinton bildirib ki, Ağ Evdə olduğu müddətdə Rusiyanı ABŞ-ın tərəfdaşına çevirmək üçün əlindən gələni edib. Amerika prezidentinin sözlərinə görə, o, Rusiya ilə yaxınlaşma səylərinə görə peşman deyil. Bu cür təşəbbüslərə misal olaraq Klinton 1997-ci ildə imzalanmış Rusiya-NATO-nun təsis aktını xatırladıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti