Mask Putinin nüvə xəbərdarlığını bəyəndi

Mask Putinin nüvə xəbərdarlığını bəyəndi
  13 Mart 2024    Oxunub:768
Xəbər verdiyimiz kimi Rusiya prezidenti Vladimir Putin "Rossiya 1"ə müsahibəsində ciddi təhlükə olacağı təqdirdə nüvə silahından istifadəni real sayıb.
Məşhur amerikalı biznesmen İlon Mask Rusiya liderinin bu xəbərdarlığına reaksiya verib.

O, Rusiyanın mövcudluğuna təhlükə yaranacağı halda Moskvanın nüvə silahına işə salmasını rasional hesab edib.

Mask “Zero Hedge” xəbər bloqunun Kreml rəhbərinin məlum bəyanatı ilə bağlı X-dəki paylaşımına cavab yazıb. Məşhur biznesmen Putinlə razılıq əlaməti olaraq "Əlbəttə" yazıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti