Uşak Universitetində “Qarabağ-Xocalı: dünən, bu günü və sabahı” adlı konfrans keçirilib

Uşak Universitetində    “Qarabağ-Xocalı: dünən, bu günü və sabahı”    adlı konfrans keçirilib
  13 Mart 2024    Oxunub:1079
Türkiyənin Uşak Universitetinin İqtisadiyyat və İdarəetmə Fakültəsi, Türk Dünyası Araşdırmaları Tətbiq və Araşdırma Mərkəzi və Azərbaycan Mədəniyyətini Tanıtma Dərnəyinin təşkilatçılığı ilə universitetində Mustafa Kamal Paşa adına salonda “Qarabağ - Xocalı: Dünəni, bu günü və gələcəyi” adlı konfrans keçirilib.
Azərbaycanın Ankaradakı səfirliyinin təhsil müşaviri dosent Nəcibə Nəsibova və Ege Universiteti Türk Dünyası Araşdırma İnstitutu Sosial İqtisadiyyat və Siyasi Əlaqələr Şöbəsinin müdiri professor Vəfa Kurbanın natiqlik etdiyi etdiyi proqramda Uşak Universitetinin rektoru professor Ekrem Savaş, prorektor, professor Kenan Taş, fakültə dekanları, peşə liseyi müdirləri, akademik və inzibati heyət və tələbələr iştirak ediblər.

Mərasimdə çıxış edən rektor Ekrem Savaş bu cür tədbirlərin gələcək nəsillərin məlumatlandırılması və tarixin öyrənilməsi baxımından əhəmiyyətinə diqqət çəkib. Xocalı və Qarabağın tarixən unudulmaz olduğunu vurğulayan rektor Savaş çıxışında gənclərə müraciət edib.

Türk Dünyası Araşdırmaları Tətbiq və Araşdırma Mərkəzi Müdiri dosent Kamil Uyğun və Azərbaycan Mədəniyyətini Tanıtma Cəmiyyətinin akademik müşaviri dosent Naib Ələkbərov açılış nitqlərində həm Xocalıda, həm də Qarabağda baş verənlərin əhəmiyyətinə diqqət çəkib.
Ege Universiteti Türk Dünyası Araşdırma İnstitutu Sosial İqtisadiyyat və Siyasi Əlaqələr Şöbəsinin müdiri Vəfa Kurban çıxışına Cənubi Qafqazı, regionun tarixi və iqtisadi əhəmiyyətini izah etməklə başlayıb. Kurban o vaxt Rusiyanın bölgədə erməni əhalisini artırmaq üçün hansı yollara getdiyini öz sənədləri ilə açıqlayıb. Cənubi Qafqaz regionunda dominantlığın yaradılmasının region dövlətlərinin, xüsusən də Rusiyanın iqtisadi mövcudluğu üçün çox vacib olduğunu bildirən Vəfa Kurban Ermənistanın Xocalıda gördüyü işlər və Qarabağ Qələbəsindən sonra bölgənin hazırkı durumu haqqında da məlumat verib.

Qarabağ zəfərinə aparan prosesi izah edən Azərbaycan Ankara səfirliyi Təhsil müşaviri dosent Nəcibə Nəsibova Azərbaycanın Xocalıdakı qətliamın dünyaya çatdırılmasında Türkiyənin əməyi olduğunu vurğulayıb. Türkiyənin hər zaman Azərbaycanın haqq işinin yanında olduğunu bildirən Nəsibova türk xalqına və dövlətinə təşəkkür edib.
Mərasim xatirə lövhəsinin təqdim edilməsi və kollektiv xatirə şəkli çəkdirilməsi ilə başa çatıb.

AzVision.az



Teqlər:





Xəbər lenti