Vladimir Vasilyev: "ABŞ İrəvanın əli ilə Rusiyanı Qafqazda zəiflətməyə çalışır"

   Vladimir Vasilyev:    "ABŞ İrəvanın əli ilə Rusiyanı Qafqazda zəiflətməyə çalışır"
  19 Mart 2024    Oxunub:945
ABŞ və Kanada institutlarının elmi işçisi, siyasi ekspert Vladimir Vasilyev “Alpha News”a müsahibəsində Ermənistanla bağlı diqqət çəkən fikirlər səsləndirib.
O, ABŞ kəşfiyyatının 2024-cü ildə Ermənistanla Azərbaycan arasında gərginliyin yaranacağı ilə bağlı bəyanatını şərh edərkən deyib ki, Vaşinqton İrəvandan Moskva əleyhinə təxribat məqsədilə istifadə edir.

Amerikalı ekspertin fikrincə, ABŞ Qafqaz bölgəsində xüsusən də Ermənistanda vəziyyətin gərginləşdirilməsinə çalışır.

"Mənə elə gəlir ki, ABŞ indi Rusiya üçün ölkənin resurslarını və imkanlarını sərf edəcək başqa bir qaynar nöqtə, hansısa problem yaratmağa çalışır. Bu standart Amerika taktikasıdır. Nəzərə almalıyıq ki, bu gün Ukrayna artıq ABŞ siyasətinin prioritetləri sırasında deyil. Bu ölkədə Ukrayna məsələsi ilə bağlı parçalanma, fikir ayrılıqları var. Ona görə də, amerikalılar Kiyevə yardımları davam etdirsələr də, Vaşinqtond indi də Ermənistanda vəziyyəti qarışdırmağa çalışacaq. Xüsusən də Ermənistanın baş naziri Nikol Paşinyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaq ehtimalı ilə bağlı son açıqlamalarını nəzərə almaq lazımdır. ABŞ həqiqətən Ukraynadan kənarda kifayət qədər ciddi qaynar nöqtə yaratmaq istəyir".

Ekspertin fikrincə Vaşinqton hazırda var gücü ilə Moskvanın Qafqazdakı rıçaqlarını zəiflətməyə çalışır.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti