Pakistanın müdafiə naziri Əfqanıstanı terror mənbəyi adlandırdı

   Pakistanın müdafiə naziri Əfqanıstanı terror mənbəyi adlandırdı
  28 Mart 2024    Oxunub:722
"Pakistanda terror hücumları təhlükəsi Əfqanıstandan gəlir. Kabil terrorla mübarizədə heç bir irəliləyiş əldə etməyib və Əfqanıstan terror mənbəyi olmaqda davam edir".
Bunu Pakistanın müdafiə naziri Xavaca Asif ölkədə artan terror aktları ilə əlaqədar baş nazir Şahbaz Şərifin sədrliyi ilə keçirilən iclasda çıxışı zamanı deyib. Onun sözlərinə görə, terrorçular Əfqanıstandan Pakistana hücumlarını davam etdirirlər:

“Kabil ekstremistlərin hücumlarını dayandırmaq üçün Pakistanla əməkdaşlıqdan imtina edir. Bu baxımdan, Pakistan-Əfqanıstan sərhədində təhlükəsizliyin təmin edilməsi üçün kəskin tədbirlərə təcili ehtiyac var”.

Pakistanın müdafiə naziri bildirib ki, Pakistan Əfqanıstanla 2600 km-lik sərhədi terrorçuların ölkəyə daxil olması üçün tamamilə bağlamalı, eyni zamanda mövcud qanunlara və qaydalara uyğun olaraq onun vətəndaşları və nəqliyyat vasitələri üçün normal keçidini təmin etməlidir.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti