Rəsul Quliyev üçün tarix dərsi: Sən kimsən?

Rəsul Quliyev üçün tarix dərsi: Sən kimsən?
  01 İyul 2014    Oxunub:1362
Bu günlərdə Rəsul Quliyevin Şah İsmayil Xətai ilə bağlı fikirləri Azərbaycan mətbuatında geniş sensasiya yaradıb. Jurnalistlər R.Quliyevlə uzun müddət əməkdaşlıq etməyimi bəhanə gətirərək onun fikirlərinə şərh verməyi xahiş edirlər. Bir neçə dəfə bu məsələ ilə bağlı fikir bildirsəm də, yenidən eyni suallarla jurnalistlərin mənə müraciət etməsini nəzərə alıb bu polemikada iştirakımı bu məqalə ilə bitirmək istəyirəm.
ADP sədri Sərdar Cəlaloğlu keçmiş silahdaşı Rəsul Quliyevin Şah İsmayılla bağlı səsləndirdiyi fikirlərə cavab olaraq məqalə yazıb.

Partiya sədrinin AzVision.az-a göndərdiyi yazını təqdim edirik:

Hər şeydən əvvəl Şah İsmayıl Xətai və ondan sonrakı həmin xanədən mənsublarının dilimizin,mədəniyyətimizin və siyasi kimliyimizin-yəni dövlətçiliyimizin tarixində müstəsna rol oynamalarına baxmayaraq Azərbaycan tarixində Şah Abbas, Şah Təhmasib, Nadir şah, Qacar kimi həm fateh, həm hökmdar, həm yaradıcı şəxsiyyətlər olmasına baxmayaraq düzgün təbliğ olunmadıqlarına görə İranda bu tarixi şəxsiyətlərin unudulmasına, Azərbaycanda isə onların ətrafında şübhə pərdəsi yaratmağa cəhd edirlər.

Müasir Azərbaycan dövlətinin tarixi xələfləri hansı dövlət və imperiyalar olub?

Əgər, dövlətçiliyimizin tarixi kökləri olmamışdırsa onda bizim qədim və köklü xalq olduğumuz dünya sivilizasiyasına töhvə verdiyimizi və bu gün də dünyada etiraf edilməmizi tələb etməyimizin heç bir əsası yoxdur. Bir il bundan qabaq, Ramiz Mehdiyev Şah İsmayil Xətaiyə hücum edən “öz alimlərimizlə” bağlı kəskin polemik bir məqalə yazmışdı. Düşünmək olardı ki, bu məqalədən sonra hakimiyyət bu məqalədəki motivi Azərbaycan dövlətçiliyinin ideloji platformasına keçirəcək və nəhayət Azərbaycan türkü öz siyasi kimliyinə qovuşacaq.Təəsüf ki, bu baş vermədi, nəticədə Şah İsmayıl və digər Azərbaycan böyüklərinə qarşı səlib yürüşü gah xaricdən, gah daxildən davam etməkdədir.

Şah İsmayıla qarşı irəli sürülən əsas ittihan onun şiə təriqətini dövlət ideologiyası səviyyəsinə qaldırması, bununla türk dünyasını parçalaması və Osmanlılarla konfliktlə girməsidir. Haşiyə çıxım ki, səfəvi xanədanı Osmanlı və guya teymuri türklərinin ərazisindən bir qarış da olsun torpaq götürmədən yaradılıb ona görə də guya türkləri parçalaması ilə bağlı iddia yanlışdır.

Əslində Şah İsmayıl da Babur kimi boş yerdə nəhəng bir imperiya yaratmaqla Moğolların Hindistanda olduğu kimi, özü yaxın şərqdə türk kimliyini göylərə qaldırıb. Heç təsadüfi deyil ki, moğollar uzun illər səfəvilərin və onun sələflərinin himayəsindən istifadə etmişlər. Fəxrlə qeyd etmək istəyirəm ki, Şah İsmayıla , bizdən fərqli olaraq, daha obyektiv qiymət verən və bizim coğrafiyanin xalqlarından olmayan kifayət qədər nəhəng insanlar olub.

Məsələn Karl Marks Şah İsmayılı tarixin ən böyük qüdrətli hökmdarı kimi müqayisədə dəyərləndirmiş, onu Makedoniyalı İsgəndər və Çingiz xanla müqayisə edib, üstünlüyü Şah İsmayıla vermişdir..

Nədənsə Marksın nəhəngliyini gördüyü və dəyərləndirdiyi Şah İsmayıl öz millətimizin nümayəndələrinə çox yad, qüsurlu və kiçik görünür. Burada Şah İsmayıla qarşi irəli sürülən bir ittihama-onun şiəliyi dövlət ideologiyası səviyyəsinə qaldırması səbəblərinə aydınlıq gətirmək istərdik. Bunun üçün Şah İsmayılın əsasını qoyduğu türk imperiyasının teymurilər və osmanlılardan fərqliliyini ayırd etmək lazımdır. Şah İsmayıl hakimiyyətə gəldiyi dövrdə Qərbdə möhtəşəm Osmanlı imperiyası Şərqdə türk-monqolların imperiyası öz çiçəklənmə dövrünü yaşayırdı. Üçüncü bir türk imperiyasını yaratmaq bu iki şərti nəzərə almağı tələb edirdi. Yəni Şah İsmayıl elə bir yol seçməli idi ki, nə Osmanlı, nə Teymuri türklərinin dövlətçilik prinsiplərini təkrarlamasın. Əks halda öz ideyalarını dəstəkləmək üçün ideoloji bazadan məhrum olduğundan heç bir iş görə bilməzdi. Həm Şərq, həm Qərb türk hakimiyyətləri sünnilik təriqətləri əsasında dövlətçiliyi həyata keçirdiklərindən Şah İsmayıl mütləq bu təriqətdən fərqli bir təriqətə əsaslanmali idi ki, üçüncü alternativi-üçüncü türk sülaləsini tarixin səhnəsinə çıxara bilsin.

İkinci fərq həm osmanlıların, həm teymurilərin imperiyalarının müxtəlif mədəniyyətlər üzərində hökmranlıq etməsi idi. Məhz, buna görə din bu iki imperiyada aparıcı yer tutmurdu və dövlət ideologiyası səviyyəsinə qaldırılmışdı. Şah İsmayılın qurmaq istədiyi imperiya isə yalnız islam xalqlarının məskunlaşdığı coğrafiya yaradılacağından dinin ideologiyalaşdırılması olduqca əlverişli və düzgün idi. Bu zaman sual meydana çıxır?

Şiəlik təriqətini seçməkdə Şah İsmayıl düzmü etmişdi?

Hansi təriqəti seçmək daha effektli olardı?

Süni təriqətindən başqa İslam da çoxlu başqa təriqətlər də vardı və şiəlik Şah İsmayoila qədən ən çox təqib olunan ,yarim gizli və ən zəif, azlıq təşkil edən təriqətlərdən biri idi. Onda nə ücün Şah İsmayıl bu təriqəti seçmişdir?

Bunun iki başlıca səbəbi var idi.

Birincisi şiəliyin mistifikasiyaya meyl etməsi idi. Məlumdur ki, islam təriqətləri içərisində yeganə təriqət şiəlikdir ki ,dini ideallari(imamlari) mistifikasiyaya-ilahiləşdirməyə, bu təriqətin başçilarini, alimlərini mifikləşdirməyə meyl edir.Bu da şiəliyin öz dövründə ən sərt təqib olunmasi ilə bağlı idi. Əks halda insanları belə təhlükə altında şiəliyə dəvət etmək çətin olardı. Həzrət Əli, İmam Hüseyn və On ikinci İmamla bağlı şiə təsəvvürləri məhz, belə mistifikasiyanin bariz nümunəsidir. Şay İsmayıl yoxdan bir imperiya yaratmaq istəyirdisə, mütləq özünün şəxsiyyətini mistifikasiya etməyə məcbur idi.Yalnız bu halda müsəlmanları yeni bir imperiya yaratmaq ətrafında birləşdirə bilərdi. Bunun üçün, Şah İsmayıl, hətta bütün yaradıcılığını şiə motivi üzərində qurmuşdur. Beləliklə, o özünə kimi mistifikasiya olunmuş insaları göylərə qaldırdıqca özü də göylərə qalxırdı, necə ki, Peyğəmbərlər Allahı təbliğ edə-edə özləri də ilahi qüvvələr kimi qəbul edilirdi. Bu çox sadə, amma çox effektli bir üsuldır, hansi ki, istənilən şəxs bu üsulla adi mövqeden fövqəlbəşər səviyyəsinə qalxa bilər.

Bu gün əleyhinə geniş cəbhə boyu hücum edilən nurçuların ideya rəhbəri Səid Nursi məhz bu üsulla özünə milyonlarla tərəfdar toplayıb. Eləcə də Lenin aristokrat ola-ola, fəhlələrin maraqlarını elə qabarıq müdafiə etmişdir ki, həmin fəhlələr bir qrup aristokratın rəhbərliyi altında rus aristokratiyasına qarşı inqilab edib.

Hər bir insanın bu yolla mistifikasiya olunması mümkün deyil. Bura da ikinci mühüm bir şərt misyifikasiya olunanla mistifikasiya edənin uyğunlugu zahiri oxşarlığı olmalıdır. Leninin çox mütəvazi həyat keçirməsi ilə bağlı yayılan miflər onun iflas etmiş aristokratiyani təmsil etməsi, aristokatlığını elə pərdələmişdir ki fəhlələr onu mənşəcə özlərindən biri kimi qəbul edirdilər.eləcə də Səid Nürsi nurçuluğu elan edənədək elə bir həyat yaşamışdır ki, (rusiyada əsirlik Avropadaki məşəqqətlər,türkiyədə həbslər və təhdidlər) onun həyatını mistifikasiya üçün yaxşı material verirdi. Bəzən bir şəxsin taleyində mistifikasiya edilməyə imkan verən şərtlər olmadıqda onun bioqrafiyasına yalan məlumatlar daxil edilir ki, mistifakasiya mümkün olsun. Belə hallar sosial kodlaşdırmada ideaların yaradılmasında istifadə olunmuşdur..Məs.Koroğlu tarixi bir şəxsiyyət olub, o, Səfəvilərə qarşi üsyan edən hülakilərin cəlarilər tayfasından olub və müstəsna qəhrəmanlıqları olmayıb.Bu şəxsin mistifikasiya edilməsi onu uydurma mili qəhrəmana cevirməyə imkan verdiyindən SSRİ dönəmində Misri qilinc, Qırat və Koroğlunun əbədi həyat suyundan içməsi ilə bağlı üç epizod Koroğlunun həyatına implikasiya edilib və indi tanıdığımız yalançı xalq qəhrəmanı meydana gəlib. Şah İsmayıl Xətainin həyatı bu baxımdan şiələrin onu mistifikasiya etməsinə imkan verirdi. Atası Şeyx Cüneyd döyüşdə öldürülmüşdü(Həzərə Əli məsciddə terror edilmişdi) onun övladları Həsən və Hüseyn müxtəlif üsullarla məhv edilmişdir, Şah İsmayılın qardaşları Sultanəli və İbrahim Şah İsmayıldan qabaq əleyhdarları tərəfindən müxtəlif üsullarla öldürülmüşdür. Şiələrin sonuncu imamı kiçik qeyb də olmuşdu-sağlığında insanlara görünməsi yasaq edilmişdir. Şah İsmayil da 4 yaşından şahlığa gələnə kimi gizli həyat yaşamışdır. İmam Cəfər elm fədaisi olmuşdu. Şah İsmayil böyük şairlik məharəti olmuşdur.Əgər, şiə imamlarının hər biriinin taleyi ilə Şah İsmayılın şəxsi bioqrafiyasını tutuşdursaq görərik ki, bu adam sanki bütün imamların tərcümeyi halını tək bir öz tərcümeyi halında əks etdirmişdir. Ona görə də , Xətainin Həzrət Əlidən tutmuş on ikinci imamadək oxşatmaq və bunun əsasinda mistifikasiya etmək mümkün idi və Şah İsmayıl və onun strateqləri bu fürsəti düzgün yaxalamış, bundan düzgün istifadə edərək “on dörd illik hakimiyyəti dövründə on dörd dövləti öz imperiyasına biləşdirmiş” bir mistik hökmdar obrazı yaratmışlar.. Marksın təbirincə desək bəşər tarixində eyni dövrdə eyni inteqrasiyanı həyata keçirən ikinci bir şəxs olmamışdır. Buradan aydın görünür ki, Şah İsmayil şiəliyə yox şiəlik Şah İsmayıla xidmət etmişdir.

Şah İsmayıl seçimində səhv etmişdimi?

Burada hər şey nəticə ilə ölçülməlidir.Təqib olunan, hər an ölüm təhlükəsi ilə üz-üzə qalan,siyasi səhnəyə gələrkən nəhəng imperiyaların mövcudlugu şərtində Şah İsmayıl Azərbaycan türklərinin beş əsirdən artıq ayaq üstə duran nəhəng imperiyasını yaratmış, bu coğrafiyada bir-birini əvəz edən mədəniyyət layları yaratmış Azərbaycan türkcəsinin böyük bir məkanda siyasi dilə çevirmişdir.Bu gün İranda milliyyətcə azəri türklərinin yüksək dövlət postları tutmasının səbəbi də Şah İsmayılın strategiyasının düz olduğunu,onun yüz illər qabağı görmək imkanı olduğunu göstərir. Şah İsmayılın milli mənsubiyyətinə də əl atanlar az deyil.
Şah İsmayılın xalis türk olduğu və bu bölgədə xalis türk imperiyası yaratmasını sübut edən əsas fakt Osmanlıların Səfəvilərə münasibəti olmuşdur. Beş yüz illik qonşuluq şəraitində bəzi məzhəb münaqişələri üzündən baş verən toqquşmalar istisna olmaqla, bu iki imperiyanın yan-yana mövcud olması hər iki imperiyanın türk imperiyası olmasının qeyri-şərtsiz sübutudur. Hətta Sultan Səlimin Şah İsmayıla yazdığı məktublar da göstərir ki, onlar ikisinin də eyni bir millət olduğunu əsas gətirərə vuruşmaqdan çəkinməyə çalışmışlar. Buna görə, “sən şərqi mən qərbi idarə edim” kimi mesaj göndərilmişdir. Ola bilsin ki, kimsə bu arqumenti əsassız hesab etsin və bu imperiyaların məhz eyni millətə məxsus olmasının bu faktla izah etməyi düzgün hesan etməsin. Belələrinə sübut kimi Əmir Teymurla İldirim Bəyazidin toqquşmasını nümunə kimi göstərə bilərəm, hansı ki, İldırım Bəyazidi məğlub edən Teymur Bəyazidi cəzalandırsa da Osmanlı imperiyasının bir qarış torpağına belə göz dikməmişdi.

Çünki həm osmanlı, həm teytmirilər, həm səfəvilər eyni bir törəyə əməl edirdilər. Bu törənin mahiyyəti “özününkünə dəymə ,düşmənə aman vermə” olmuşdur. Sultan Səlim Təbrizi tutarkən Şah İsmayıl Təbrizdə qalmışdır. Sultan Səlim Şah İsmayıla qarşı heç bir zorakılıq etməmiş, səfəvilərə aid bir qarış torpağı öz hakimiyyəti altına almamışdır. Sadəcə məzhəb münaqişələri olan ərazilərdə mövqe üstünlüyü təmin edən bəzi qalaları öz tabeçiliyənə keçirməklə kifayətlənmişdir. Bu qısa yazıda tariximizə ədalətli yanaşmağın vacibliyini, özümüz özümüzlə vuruşmağımızın çox da ağıllı iş olmadığını çatdırmaq istərdim.

Nəhayət, keçmişdə öz millətinin tarixində rol almış və bu gün dünyada olmayanlar haqqında danışan və yazanlara ən azından məşhur bir müdrikin sözlərini xatırlarmaq istəyirəm:

“Ölülər haqqında yaxşı danış, ya sus”!!

Xatırladaq ki, Rəsul Quliyev Səfəvi dövlətinin banisi olan Şah İsmayıl Xətainin Azərbaycanla bağlı olmadığını bildirərək onun İran şahı olduğunu iddia edib. Bu məsələ ilk dəfə məhz AzVision.az saytı tərəfindən qaldırılıb.


Teqlər:  





Xəbər lenti