Qazaxıstan xokkey üzrə dünya çempionatını keçirmək istəmədi

Qazaxıstan xokkey üzrə dünya çempionatını keçirmək istəmədi
  09 May 2024    Oxunub:840
Qazaxıstan 2028-ci il buzüstü hokkey üzrə Dünya Çempionatına ev sahibliyi etmək üçün namizəd olmayacaq.
Bu barədə TASS-a Beynəlxalq Xokkey Federasiyasının (IIHF) prezidenti Lyuk Tardif məlumat verib. Fevralın əvvəlində Qazaxıstan Xokkey Federasiyasının baş direktoru Qleb Karataev federasiyanın çempionatın keçirilməsi üçün ərizə təqdim etdiyini açıqlamışdı.

Turnirin Astana və Almatıda keçirilməsi, ərizənin təqdimatı isə mayın 23-24-də Praqada keçiriləcək IIHF illik konqresində təqdim edilməli idi. “Qazaxıstan 2028-ci il dünya çempionatına ev sahibliyi etmək üçün verdiyi ərizəni geri götürüb”, - deyə Tardif bildirib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti