Prezident Administrasiyasın partiyalarla görüşünün PƏRDƏARXASI

   Prezident Administrasiyasın partiyalarla görüşünün    PƏRDƏARXASI
  19 May 2024    Oxunub:845
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsi sədrinin müavini Sahib Alıyevlə müsahibəni təqdim edirik.
- Sahib müəllim, mayın 16-da Prezident Administrasiyası Milli Məclis Aparatının, Mərkəzi Seçki Komissiyasının, Hesablama Palatasının, Ədliyyə və Maliyyə nazirliklərinin, habelə 25 siyasi partiyanın nümayəndələrinin iştirakı ilə görüş keçirdi. Seçki ilində keçirilən bu görüşdə məqsəd nə idi?
- Mən bu görüşü ilk növbədə “Siyasi partiyalar haqqında” yeni qanun yaratdığı reallıq kimi qiymətləndirmənin tərəfdarıyam. Həmən qanun hazırlanarkən xatırlayırsınızsa, burada bəziləri onu gözdən salmağa çalışır, demokratiya və partiya qurculuğu üçün təhlükə kimi təqdim edirdilər. Aradan keçən qısa vaxt isə göstərdi ki, inkişaf etməkdə olan və formasiya keçidi ilə üzləşən ölkələr partiya, yaxud da QHT adı altında böyük güclərin müdaxilə yığnaqları, təsir şəbəkələri yox, öz xaqlının maraqlarını üstün tutmağı bacaran demokratik təsisatlar yaratmaq istəyirlərsə, onda istər-istəməz məhz bizimkinə bənzər tənzimləyici sənədlərə ehtiyac duyacaqlar. Bax, onlardan da biri “Siyasi partiyalar haqqında” yeni qanundur.

Avropanın şərqində, bizim regionda da baş verən savaş, çaxnaşma və qarşıdurmaların yaranma səbəblərinən biri elə məhz ictimai və siyasi birliklərin əksəriyyətinin böyk güclərin əlində təsir şəbəkəsi kimi fəaliyyət göstərmələridir. Bizim özümüzdə də üzərinə belə bir “missiya” götürən və bunu heç də gizlətməyənlər yox deyil. Söhbət Xalq Cəbhəsinin Əli Kərimlinin başında durduğu parçasından və “Milli” Şuradan gedir. Ancaq məhz zamanında atılan qabaqlayıcı addımlar nəticəsində o cür yığnaq və dərnəklər tam marginallaşıb, başında duranların kütləyə təsiri isə uzağı tiktokerlərinki qədərdir.

Yeri gəlmişkən, ikinci Qarabağ savaşı zamanı və sonra, yəni azad olunan torpaqlarımız üzərində suverenliyimizin təmini ilə bağlı addımlar atılarkən adlarını çəkdiklərimin qərbdəki bəlli çevrələrin diqtəsi ilə davamlı şəkildə zəfərimizmi gözdən salmağa çalışmaları da onların əsl mahiyyətini ortaya qoydu. Yəni hətta xalqın prosesləri davamlı şəkildə izləməyən hissəsi də gördü ki, onlar Azərbaycanın böyük zəfərini həzm etməyənlərin maraqlarının ifadəçiləridirlər.

- Sözü gedən görüşdə sizcə, o “tiktokerlər” niyə yoxdular, dəvət edilməmişdilər?
- Bilirsiniz, mənə onların siyasi partiyalarla dövlət orqanları arasında konstruktiv əməkdaşlığın qurulması və inkişaf etdirilməsi məqsədilə Prezident Administrasiyasının mayın 16-da keçirdiyi görüşə qatılmaları təəccüblü gələ bilərdi, nəinki qatılmamaları. Xatırladım ki, görüşə qatılan partiyaların demək olar ki, hamısı torpaqlarımız işğaldan qurtarılanda və üzərində dövlət suverenliyimiz tam təmin ediləndə öz dövlətlərinin yanında yer aldıqlarını birgə bəyanatla sərgilədikləri halda Əli Kərimli cəbhəsi sözü gedən sənədə imza atmamışdı. Çünki Azərbaycanın işğalçı Ermənistan üzərində qələbəsindən narazı qalan güclər onlara bunu qadağan etdilər. Elə qadağan etməklə də burada nəinki haçansa hakimiyyətə gələcəklərini, hətta sözü gedən təsir şəbəkəsinin seckilərdə kiçicik də olsun uğur qazana biləcəklərini belə proqnozlaşdırmadıqlarını sərgildilər. Yoxsa, bütün azərbaycanlılar üçün son dərəcə həssas məsələdə onları antimilli mövqe tutmağa zorlamazdılar. Demək ki, qərbdəki bəlli çevrələrin diqtəsi ilə hərəkət edənlərin Azərbaycanda bu cür marginallaşmasında tapşırıqlarını yerinə yetirdiklərinin də rolu az deyil.

Proseslərin gedişindən isə görmək olur ki, elələrinin siyasi səhnədən tam silinəcəkləri gün çox da uzaqda deyil. Çünki digər sahələrdə baş verən böyük dəyişikliklər icitami-siyasi münasibətlərə də təsirsiz ötüşmür. Ölkədə siyasi mədəniyyət artır. Haqqında danışılan toplantıdakı çıxışlar da göstərdi ki, Azərbaycandakı siyasətçilərin əksəriyyəti Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin bildirdiyi kimi, hakimiyyətin milli həmrəyliyin, dayanıqlı inkişafı təminində, ölkədə demokratiyanın dərinləşməsində partiyalarla hərtərəfli əməkdaşlığa hazır olduğunu hiss edirlər. Və müxalifətin mariginallşamış qanadından fərqli olaraq burada hakimiyyətin mənbəyi gözündə xaricdəki hansısa çevrələri yox, məhz Azərbaycan xalqını görür, ambisiyalarının reallşadırılması yolunun küçə qarşıdurmalarından deyil, azad, demokratik seçkidən keçdiyini anlayır və qəbullanırlar.

AzVision.az


Teqlər:





Xəbər lenti