Hərbçimiz su kanalında boğulub - YENİLƏNİB

   Hərbçimiz su kanalında boğulub -  YENİLƏNİB
  27 May 2024    Oxunub:1139
Samur-Dəvəçi-Abşeron su kanalında boğulan hərbçimizin nəşi təhvil verilib.
AzVision.az "Report"a istinadən xəbər verir ki, Xaçmaz rayonunun Köhnə Xudat kənd sakini, Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Eyvazov Elvin Daşdəmir oğlunun nəşi sudan çıxarılaraq müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

* * *

16:41
Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Elvin Daşdəmir oğlu Eyvazov Samur-Dəvəçi-Abşeron su kanalında boğularaq vəfat edib.
Müdafiə Nazirliyindən bildirilib ki, baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.

"Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir", - məlumatda qeyd olunub.

AzVision.az


Teqlər: hadisə   hərbçi   vəfat  





Xəbər lenti