20 yaşlı qız öldürülüb, qardaşı saxlanılıb
![20 yaşlı qız öldürülüb, qardaşı saxlanılıb 20 yaşlı qız öldürülüb, qardaşı saxlanılıb](https://azvision.az/photos/2024/07/1719810953.jpg)
Araşdırmalarla 1997-ci il təvəllüdlü Təbriz Qasımovun rayonun Rəsulzadə qəsəbəsi ərazisində şəxsi münasibətlər zəminində bacısı Təhminə Qasımovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Hadisədən sonra könüllü olaraq polisə təslim olan T.Qasımov prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.
AzVision.az
Teqlər: