Qırğızıstanda Azərbaycanın turizm potensialı təbliğ olunub

Qırğızıstanda Azərbaycanın turizm potensialı təbliğ olunub
  28 Sentyabr 2024    Oxunub:718
Sentyabrın 27-28-də Qırğızıstanın Oş şəhərində təşkil edilmiş 8-ci "Cənub-Ekspo 2024" və 4-cü "Qırğızıstan - Böyük İpək Yolunda" adlı beynəlxalq turist sərgi və yarmarkalarında Azərbaycan təmsil olunub.
AzVision.az xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyi məlumat yayıb.

Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin təmsilçiliyi ilə keçirilən sərgi və yarmarkalarda ölkəmizin mövcud turizm potensialı Azərbaycan milli stendində təbliğ edilib.

Həmçinin sərgi çərçivəsində baş tutan investisiya forumu çərçivəsində - "Böyük İpək Yolunda Turizm" adlı plenar sessiyada ölkə turizmi haqqında təqdimat olub.

AzVision.az



Teqlər:





Xəbər lenti