Livan MN: "İsraillə sərhədə qoşun göndərilir"

      Livan MN:    "İsraillə sərhədə qoşun göndərilir"
  27 Noyabr 2024    Oxunub:854
"Cənuba - İsraillə sərhədə Livan Silahlı Qüvvələrinin 10 min əsgəri yerləşdiriləcək".
Bu sözləri Livanın milli müdafiə naziri Moris Səlim "Al Jazeera" xəbər agentliyinə açıqlamasında dilə gətirib. O vurğulayıb ki, "bu, ölkənin suverenliyi üçün zəruri addımdır".

"Hökumət beynəlxalq qətnamələrin yerinə yetirilməsinə sadiq qalması ilə yanaşı suverenliyin mühafizəsi naminə cənub sərhədində qoşunlarını gücləndirəcək", - nazir bildirib.

Onun sözlərinə görə, İsraillə baş tutan atəşkəs razılaşmasının şərtləri çərçivəsində "Hizbullah" terrorçuları sözügedən ərazidən tezliklə geri çəkiləcək.
HƏMAS: "Biz də atəşkəsə hazırıq"

Xatırladaq ki, dünən axşam saatlarında İsrail və Livan "Hizbullah"ı arasında razılaşdırılan atəşkəs yerli vaxtla səhər saat 04:00-da qüvvəyə minib.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Livan   Hizbullah   İsrail   sərhəd   atəşkəs  





Xəbər lenti