Muradov Rusiya Silahlı Qüvvələrinin quru qoşunları komandirinin müavini təyin edilib

Muradov Rusiya Silahlı Qüvvələrinin quru qoşunları komandirinin müavini təyin edilib
  02 Dekabr 2024    Oxunub:302
Rusiyanın Azərbaycanın Qarabağ bölgəsində mövcud olmuş keçmiş sülhməramlı kontingentinin məşhur komandanı, general-polkovnik Rüstəm Muradova yeni vəzifə verilib.
Bu barədə RBC məlumat yayıb. Qeyd edilib ki, general Rusiya Silahlı Qüvvələrinin quru qoşunları komandanının müavini təyin edilib. Müdafiə Nazirliyindəki mənbələrə istinad edən nəşr yazıb ki, Müdafiə Nazirliyi Muradovun təyinatını rəsmən açıqlamayıb.

Xatırladaq ki, general 2020-ci ilin noyabrından, 44 günlük müharibədən sonra Qarabağda yerləşdirilmiş Rusiya sülhməramlılarına komandanlıq edib. O, 2021-ci ilin mayına qədər bu vəzifədə çalışıb.

Muradov Ukraynada müharibə başlayandan sonra “Vostok” qoşunlarının komandiri də daxil olmaqla bir sıra komandanlıq vəzifələrində çalışıb. General 2022-ci ilin oktyabr ayından Şərq Hərbi Dairəsinin birgə strateji komandanlığına rəhbərlik edir. O, Rusiya Qəhrəmanı adına, IV və III dərəcəli “Vətənə xidmətə görə” ordeninə, həmçinin “İgidliyə görə” ordeninə layiq görülüb.
Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti