Lavrov Makronun ikiüzlü siyasətini ifşa edib

   Lavrov Makronun    ikiüzlü    siyasətini ifşa edib
  26 Dekabr 2024    Oxunub:346
Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Fransanın dəfələrlə qapalı kanallarla Moskvaya müraciət ünvanlayaraq, Kiyevin iştirakı olmadan Rusiya-Ukrayna münaqişəsi ilə bağlı dialoq qurmağı təklif etdiyini bildirib.
AzVision.az xəbər verir ki, Lavroun dediyinə görə, Moskva təmaslardan imtina etməyib və Qərb hakimiyyətinin təkliflərini dinləməyə hazırdır. Lakin o, Parisin davranışını ikibaşlı hesab sayıb.

“Fransız həmkarlarımızın müxtəlif məsələlərdə fəal rol oynamaq arzusu var və biz bunu alqışlayırıq. Lakin bu cür təşəbbüslərin nəticəsinin nə olduğunu və müsbət rol oynamaq istəyinin nə dərəcədə səmimi olduğunu mən bilmirəm. Bir neçə dəfə fransalı həmkarlarımızdan qapalı kanallar vasitəsilə xahişlər olub: gəlin kömək edək, Ukrayna məsələsi ilə bağlı dialoq quraq. Yeri gəlmişkən, heç bir Ukrayna olmadan, sadəcə olaraq, Ukrayna məsələsi üzrə dialoq Qərbin daim təkrarladığı “Ukraynanın iştirakı olmadan Ukrayna haqqında bir kəlmə də olmaz” prinsipini pozur”, - Sergey Lavrov Rusiya və xarici KİV-lərinə müsahibəsində vurğulayıb.

Eyni zamanda, Fransanın öz ərazisində ukraynalı hərbçilərə təlimlər keçdiyinə və Avropa kontingentinin Ukraynaya göndərilməsinin tərəfdarı olduğuna diqqət çəkən Rusiya XİN-in rəhbəri, bu cür ikibaşlı davranışın fransalı həmkarların təkliflərinə ciddi yanaşmaq həvəsini oyatmadığını vurğulayıb.

Zaxarova: "Makron G20 sammitində “iki stul siyasəti” nümayiş etdirdi"
Yeri gəlmişkən, Fransanın, xüsusilə də onun prezidenti Emmanuel Makronun ikiüzlü siyasəti onun bu ilin noyabrında Braziliyada keçirilən G20 sammitində Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun əlini sıxması faktı ilə ifşa olunub.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Lavrov   Fransiya   ikiüzlülük  





Xəbər lenti