Süni intellekt virusların xüsusiyyətlərini kopyalayacaq

   Süni intellekt virusların xüsusiyyətlərini kopyalayacaq
  08 Yanvar 2025    Oxunub:509
Cənubi Koreyanın Phohanq Elm və Texnologiya Universitetinin (POSTECH) mütəxəssisləri süni intellektin (Sİ) köməyi ilə təhlükəli virusların xüsusiyyətlərini köçürməyə başlayıblar.
Elmi tədqiqatın nəticələri "Nature" jurnalında işıq üzü görüb. Mütəxəssislər bildirirlər ki, virusların canlı orqanizmə genetik materialı köçürüb infeksiya yaratma prosesindən müsbət yöndə faydalanmaq mümkündür.

"Bu proses xəstələrin hüceyrələrinə lazımi dərman maddələrini çatdırmaq üçün işlədilə bilər", - alimlər vurğulayırlar.

Tədqiqatın nəticəsinə əsasən, virusa bənzədilərək yaradılan hüceyrələrin bəsit quruluşu kifayət ölçüdə dərman maddəsini daşımağa imkan vermir. Odur ki məhdudiyyəti aradan qaldırmaq üçün Sİ-nin köməyi ilə virusun strukturu kopiyalanmağa başlanıb.

"Əksər viruslar simmetrik quruluşa malikdir, lakin cüzi asimmetriya vəziyyəti də nəzərə çarpır. Sİ-nin köməyi ilə müəyyənləşib ki, virusların bəzi hallarda ikosaedrik quruluşda olması da mümkündür. Bu da onlara üç dəfə çox genetik material ötürməyə imkan verir", - tədqiqat göstərir.

Firudin Həmidli
AzVision.az


Teqlər: viruslar   süni-intellekt  





Xəbər lenti