Patruşev: “Gələn il Ukrayna xəritədən silinə bilər”

      Patruşev:    “Gələn il Ukrayna xəritədən silinə bilər”
  14 Yanvar 2025    Oxunub:635
Rusiyanın yüksək vəzifəli dövlət məmurları artıq Ukraynanın dövlət kimi mövcudluğunu şübhə altına alırlar.
AzVision.az xəbər verir ki, Rusiya prezidentinin köməkçisi Nikolay Patruşev Kp.ru saytına müsahibəsində 2025-ci ildə Ukraynanın dövlət kimi mövcudluğunu itirə biləcəyini iddia edib.

ISW: “Ukrayna 2 şəhərini itirmək təhlükəsi ilə üzləşib”
“Neonasist ideologiyasının zorakılıqla tətbiqi və qızğın rusofobiyanın Ukraynanın bir vaxtlar çiçəklənən şəhərlərini, o cümlədən Xarkov, Odessa, Nikolayev və Dnepropetrovsku məhvə sürükləməsi xüsusilə narahatedicidir. Ukrayna gələn ildə tamamilə mövcudluğunu dayandıra bilər”, - Nikolay Patruşev deyib.

Ukraynaya münasibətdə bədbin proqnozla kifayətlənməyən yüksək vəzifəli rusiyalı məmurun sözlərinə görə, Moldova hakimiyyətinin anti-Rusiya siyasəti bu ölkənin də möcvudluğuna xitam verə bilər.

- İstisna deyil ki, Kişineunun aqressiv anti-Rusiya siyasəti Moldovanın ya başqa dövlətin bir hissəsinə çevrilməsinə, ya da ümumiyyətlə mövcudluğunu dayandırmasına gətirib çıxaracaq. Bu vəziyyətdə, xüsusi hərbi əməliyyatdan xeyli əvvəl neonasizmin və rusofobiyanın ölkəni çökdürdüyü Ukrayna nümunəsinə baxmaq olar”, - Rusiya prezidentinin köməkçisi xəbərdarlıq edib.

Sahil İsgəndərov
Tural Tağıyev

AzVision.az


Teqlər:   Ukrayna   Moldova  





Xəbər lenti