Müxalifət Fitsonun hakimiyyətinə xitam verməyə hazırlaşır

   Müxalifət Fitsonun hakimiyyətinə xitam verməyə hazırlaşır
  14 Yanvar 2025    Oxunub:391
Slovakiyanın baş naziri Robert Fitso impiçment təhlükəsi ilə üzləşib.
AzVision.az xəbər verir ki, “Aktuality.sk.” nəşrinin məlumatına görə, “Mütərəqqi Tərəqqiçi Slovakiya”, “Slovak Hərəkatı”, “Xristian Demokratik Hərəkatı”, “Azadlıq və Həmrəylik” partiyalarının daxil olduğu vahid müxalifət ölkənin baş naziri Robert Fitsoya qarşı etimadsızlıq votumu irəli sürmək niyyətindədir.

“Robert Fitso Slovakiyanı tərk edib. O, evdə olub, insanları narahat edən problemləri həll etmək əvəzinə, dünyanı gəzir, diktatorlara baş əyir, haradasa Vyetnamda dəbdəbəli günlər keçirir. Qonşularımızı, tərəfdaşlarımızı təhqir edir”, - ölkənin ən güclü müxalifət hərəkatı olan “Mütərəqqi Slovakiya”nın sədri Mixal Şimeçka iddia edib.

Slovakiya nümayəndə heyətinə Polşa üzərindən Rusiyaya uçmağa icazə verilməyib
Onun sözlərinə görə, baş nazirin istefası üçün bütün müxalifətin birləşməsi vacibdir. Müxalifət xüsusilə Fitsonu və onun hökumətini Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün Moskvaya səfər etməkdə və Slovakiyanın xarici siyasət istiqamətini dəyişməkdə günahlandırır.

- Biz açıq şəkildə bildiririk ki, Robert Fitsonun Slovakiyanı şərqə yönləndirməsinə icazə verməyəcəyik. Etimadsızlıq səsverməsi ideyasının səbəbi təkcə onun Moskvaya səfəri deyil. Belə səbəblər çoxdur. Robert Fitso Slovakiyaya rəhbərlik etdiyi 14 il ərzində o qədər pis işlər görüb ki, bunu saatlarla saymaq mümkün deyil”, - Şimeçka vurğulayıb.

Siyasətçinin iddiasına görə, digər Avropa ölkələrindən daha kasıb olan Slovakiyada səhiyyə, infrastruktur və təhsil daha pis vəziyyətdədir. Bütün bunlara görə isə, məsuliyyəti baş nazir Robert Fitso daşıyır.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Fitso   impiçment  





Xəbər lenti