İsrailin maliyyə naziri istefa verə bilər

   İsrailin maliyyə naziri istefa verə bilər
  16 Yanvar 2025    Oxunub:360
İsrail və HƏMAS arasında atəşkəs baş tutacağı təqdirdə hökumətdən istefa verəcəyini bildirən maliyyə naziri, ifrat sağçı qanada malik Dini Sionizm Partiyasının sədri Betsalel Smotriç öz qərarını yerinə yetirməyə hazırlaşır.
Yerli "Ynet" internet qəzeti məlumatlı mənbəyə istinadən yazır ki, partiya Nazirlər Kabinetində atəşkəslə bağlı gözlənilən səsvermədən qabaq hökumətdən çəkilə bilər. Bu məqsədlə partiyanın iclası keçiriləcək.

"HƏMAS-la razılaşmanı İsrailin milli təhlükəsizliyinə "ağır zərbə" kimi qiymətləndirən Smotriç gecə saatlarında açıqlanan qərarla bağlı narahatlıq keçirir. O nigarandır ki, baş tutan razılaşmada adı hallanacaq və bu, hökumətdə qalacağı təqdirdə onun seçicilər qarşısında nüfuzuna xələl gətirəcək", - qəzet bildirir.

Eyni zamanda, partiyanın parlamentdəki nümayəndəsi Tsvi Sukkot da "Kan" radiosuna müsahibəsində istefa ehtimalını təsdiqləyib.

"Belə görünür ki, hökumətdən istefa verəcəyik. Çünki Dini Sionizm Partiyası təkcə hökumətdə yer tutmaq yox, İsrail dövlətində ciddi dəyişikliklər həyata keçirmək niyyətindədir", - o deyib.
The Hill: "İlk mərhələdə iki ABŞ vətəndaşı da azadlığa çıxacaq"

Xatırladaq ki, ötən gecə İsrail və HƏMAS arasında rəsmi atəşkəs elan edilib. Nazir Betsalel Smotriç bu qərarla yalnız "döyüşə qayıdaraq HƏMAS üzərində tam qələbə çalınarsa" razılaşacağını dilə gətirib.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Qəzza   atəşkəs   nazir   istefa  





Xəbər lenti