"Bəzən ümumiyyətlə qalxmır..." - Paşinyan reytinqindən danışdı

"Bəzən ümumiyyətlə qalxmır..."    - Paşinyan reytinqindən danışdı
  31 Yanvar 2025    Oxunub:300
Ermənistanın baş naziri Nikol Paşinyan media nümayəndələri üçün mətbuat konfransı keçirib.
Yerli medianın yaydığı məlumata görə, o, jurnalistlərin daxili və xarici siyasətlə bağlı suallarını cavablandırarkən bir sıra maraqlı fikirlər səsləndirib.

Paşinyanın partiyasının reytinqi aşağı düşüb - "Gallup"
Erməni baş nazir son günlər "Vətəndaş müqaviləsi" partiyasının reytinqinin aşağı düşməsini sübut edən sorğulara da münasibət bildirib. Siyasətçi qeyd edib ki, rəhbərlik etdiyi partiyanın reytinqinin aşağı düşməsini problem saymır.

"Siyasət elə bir şeydir ki, reytinq gah düşə, gah da qalxa bilər. Bəzən siyasi reytinq düşür, sonra isə ümumiyyətlə yüksəlmir... Amma heç vaxt reytinqinizin düşməməsi halı olmayıb. Ümumiyyətlə reytinq həm də vətəndaşla danışıq tərzidir", - Paşinyan deyib.

Xatırladaq ki, bir neçə gün öncə "Gallup" Beynəlxalq Assosiasiyasının Ermənistan nümayəndəliyinin 1,1 min vətəndaş arasında sosial sorğu keçirib. Sorğunun nəticələrinə görə, hakim partiyanın reytinqi xeyli aşağı düşüb. Əgər gələn bazar günü parlament seçkiləri keçirilərsə, Ermənistan vətəndaşlarının cəmi 11,3%-i hakim “Vətəndaş müqaviləsi”nə səs verər.
Reytinqdə ikinci yeri məşhur və qalmaqallı videobloqer Vardan Qukasyanın (“Doq”) yaratdığı DOK partiyası tutub. Respondentlərin 6,8%-i DOK-a səs verməyə hazırdır. Üçüncü yerdə isə 6,5% reytinqlə ölkənin ikinci prezidenti, hərbi cani Robert Koçaryanın “Hayastan” bloku yer alıb.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Paşinyan   Reytinq  





Xəbər lenti