Zurabişvili seçkilərin yenidən keçirilməsini tələb edir

   Zurabişvili seçkilərin yenidən keçirilməsini tələb edir
  26 Fevral 2025    Oxunub:396
Gürcüstanın keçmiş prezidenti Salome Zurabişvili hakimiyyətdən yenidən seçkilər keçirilməsini tələb edib.
Bu barədə "İnterpress Georgia" məlumat yayıb. Qeyd edilib ki, Salome bu barədə Tbilisidə etirazçılar qarşısında çıxışı zamanı ətraflı danışıb.

Kavelaşvili: “Bizi nüvə dövləti ilə müharibəyə sövq edirdilər”
Zurabişvili Avropa Parlamentinin rəsmi qaydada ortaya qoyduğu tələblərə toxunarkən deyib: “Millətin bir planı var və onun alternativi yoxdur. Bu, yeni seçkilərlə bağlıdır. Əgər siz də diqqət etmisinizsə, getdikcə daha çox xarici tərəfdaşımız yeni seçkilərin keçirilməsini tələb edir".

Siyasətçi qeyd edib ki, Gürcüstanda siyasi böhran dörd aydır ki, davam edir. Seçkilər isə böhranın yeganə sülh yolu ilə həlli sayılır.

Gürcüstanda etirazlar 2024-cü ilin oktyabrından başlayıb. Aksiyalar bu günə qədər davam edir. Narazılıqlara səbəb isə seçki saxtakarlığıdır. Müxalifətə məxsus siyasi təşkilatlar və Gürcüstanın beşinci prezidenti Zurabişvili hakim “Gürcü arzusu” partiyasının qələbəsini həzm edə bilmir. Onlar parlament seçkilərinin nəticələri ilə razılaşmayacaqlarını bəyan edirlər.

Bundan əvvəl Salome Zurabişvili Münhen konfransından qayıdan zaman Tbilisi hava limanında hücuma məruz qalmışdı. Etirazçılar ona yumurta atıblar. KİV-in məlumatına görə, onu bir qrup anonim fəal hədəfə alıb.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Gürcüstan   Seçki  





Xəbər lenti