İki mindən çox erməni ABŞ-dən deportasiya ediləcək

   İki mindən çox erməni ABŞ-dən deportasiya ediləcək
  04 Mart 2025    Oxunub:306
İrəvanda ABŞ-dən deportasiya ediləcək 2000-dən çox Ermənistan vətəndaşı haqqında məlumat var.
Bunu Ermənistanın diasporla iş üzrə baş komissarı Zareh Sinanyan deyib.

ABŞ-da miqrantlara qarşı reydlər başlayıb
"Biz 2000-dən çox Ermənistan vətəndaşı haqqında məlumatlıyıq. Lakin bu rəqəm daha çoxdur. Onların neçəsinin artıq deportasiya edilməsi isə bizə məlum deyil", - Sinanyan qeyd edib.

Məmurun sözlərinə görə, məlumatların dəqiqləşdirilməsi kimi məsələlər ilə başqa strukturlar məşğul olur və deportasiya edilən vətəndaşlar ABŞ-də qeyri-qanuni olduqları üçün onları diasporun bir hissəsi hesab etmək olmaz.

Xatırladaq ki, ABŞ-nin İmmiqrasiya və Gömrük Xidməti yanvar ayının sonunda (ICE) diqqət çəkən hesabat yaymışdı. Dərc olunan xüsusi hesabatda prezident Donald Trampın qeyri-qanuni mühacirləri hədəf alan immiqrasiya siyasəti çərçivəsində 2808 Ermənistan vətəndaşının deportasiya təhlükəsi altında olması üzə çıxıb.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Deportasiya  





Xəbər lenti