Bütün Qafqazın Şeyxi Allahşükür Paşazadə bildirib ki, Belçikada 2025-ci ilin islam dünyası ili kimi qeyd edilməsi dinlərarası dialoqa böyük töhfədir. Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Pazaşazdə Prezident İlham Əliyevin himayəsi ilə həyata keçirilən Bakı prosesindən danışaraq, bu prosesin dinlərarası və mədəniyyətləarası dialoqdakı əhəmiyyətindən danışıb. O, həmçinin qeyd edib ki, etnik və dini müxtəliflik Azərbaycanın sərvətidir, bütün dini ibadət yerləri azad və sərbəst şəkildə fəaliyyət göstərir.
‘’Beləliklə Azərbaycan müxtəlif dinlər arasında körpülərin qurulması istiqamətində örnək nümayiş etdirir’’ – sitatın sonu. Şeyxülislam Avropa parlamentinin deputat Volter Bekenin simasında bütün Avropa Parlamentinin deputatlarını işğaldan azad edilmiş ərazilərə dəvət edib, 30 il ərzində bu ərazilərdə ermənilər tərəfindən törədilmiş vandallıqları gəlib gözləri ilə görməyi tövsiyyə ebid. Görüşdə həmçinin Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Milli Məclisin deputatları Cavanşir Paşazadə və Qüdrət Həsənquliyev çıxış ediblər.
AzVision.az