AzVision.az xəbər verir ki, bu barədə Rusiya mediası
məlumat yayıb. İstintaq Komitəsi isə partlayış nəticəsidə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini, general-leytenant Yaroslav Moskalikin öldüyünü açıqlayıb. Məlumat qurumun
Telegram kanalında yayılıb.
“Rusiya İstintaq Komitəsi Balaşixa şəhərinin Nesterov küçəsindəki ev 2-nin yaxınlığında “Volkswagen Golf” markalı avtomobilin partladılması ilə bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci və 222.1-ci (qəsdən adam öldürmə, partlayıcı maddələrin qanunsuz dövriyyəsi) maddələri ilə cinayət işi açıb",- məlumatda qeyd edilib.
Xatırladaq ki, dekabr ayında Rusiya Federasiyası Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının rəisi, general-leytenant İqor Kirillov və onun köməkçisi də əvvəlcədən planlaşdırılmış partlayış nəticəsində
öldürülmüşdü. Həmin vaxt yüksək rütbəli hərbçilər binadan çıxan zaman skuterə yerləşdirilmiş partlayıcı qurğu işə düşmüşdü.
Tural Tağıyev
AzVision.az