“NATO müdafiə yox, gender məsələləri ilə məşğul olur” - Pit Heqsett
“NATO 2.0”-ın soyuq müharibənin bitməsindən sonra ortaya çıxdığı ümumən qəbul edilir. İndi isə Vaşinqton alyansı “NATO 3.0”-a çevirmək istəyir. Bu baxış Birləşmiş Ştatlar və Avropa komandanlıqlarının təklifləri nəzərə alınmaqla aparılacaq, habelə Konqres və müttəfiqlərimizlə məsləhətləşmələri əhatə edəcək”, - deyə Heqset əlavə edib.
Yada salaq ki, daha əvvəl Pentaqon ABŞ qoşunlarının Avropada gələcək dislokasiyası ilə bağlı altıaylıq araşdırma elan etmişdi. Prezident Donald Tramp NATO-dan narazılığını dəfələrlə dilə gətirib və hətta Birləşmiş Ştatları alyansdan çıxarmaqla hədələyib.
Heqsett həmçinin deyib ki, Böyük Britaniyanın sabiq baş naziri Uinston Çörçill, Fransanın sabiq prezidenti Şarl de Qoll və Almaniyanın sabiq kansleri Konrad Adenauer Avropanın ABŞ-dən asılı olmasını istəmirdilər. Onlar Avropanın hərbi qüvvəyə çevriləcəyini gözləyirdilər. Avropa hərbi gücə çevrilməli və güclü Amerika kimi müttəfiqi olmalı idi.
“NATO artıq Avropanın müdafiəsinə diqqət yetirmir. Əksinə regiondan kənarda hərbi əməliyyatlarla heç bir əlaqəsi olmayan işlərlə məşğul olur. Tanklar, hərbi təyyarələr və hava hücumundan müdafiə sistemləri əvəzinə, gender bərabərliyinə, iqlim dəyişikliyinə və bu kimi başqa məsələlərə diqqət ayırır”, - o əlavə edib.







Vaxtında, Aydın, Lazımlı!


