Bu barədə AzVision.az-a "Şahdağ" Turizm Mərkəzinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, yay mövsümü ərzində “Şahdağ”da sağlam həyat tərzinin təşviq edilməsi üçün müxtəlif idman tədbirlərinin təşkili də nəzərdə tutulub.

Son illərdə Azərbaycanda dağ və ekoturizm növlərinə marağın artması fonunda “Şahdağ” tərəfindən yay turizm məhsullarının şaxələndirilməsi, regiona turist axınının stimullaşdırılması və dağlıq ərazilərin turizm imkanlarının geniş auditoriyaya tanıdılması baxımından bir sıra mühüm addımlar atılıb.

İl boyu xidmət göstərən turizm mərkəzi konsepsiyasına əsaslanaraq fəaliyyət göstərən “Şahdağ” Turizm Mərkəzində kanat xətlərinin sayı 16-ya, yay aylarında mərkəzin açıq və qapalı məkanlarında fəaliyyət göstərən əyləncə növlərinin və attraksionların sayı 35-ə, iaşə obyektlərinin sayı isə 30-a çatdırılıb. Həmçinin 124 nömrəlik yeni “Lakeside Hotel istifadəyə verilib.

Bununla yanaşı V faza üzrə həyata keçirilən tədbirlərə əsasən 2800 metr uzunluqda 26 nömrəli kanat xəttinin inşası davam etdirilir, yeni əyləncələrin yaradılması istiqamətində layihələr üzərində işlər aparılır.
Qeyd edək ki, “Şahdağ” Turizm Mərkəzinin il boyu fəaliyyətinin təmin edilməsi ilə dağ və təbiət turizminin inkişafına, region üzrə sosial-iqtisadi fəallığın artırılmasına, məşğulluğun genişlənməsinə və dayanıqlı turizm modelinin formalaşdırılmasına töhfə vermək hədəflənir.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


