Türkiyə İŞİD-lə müharibəyə “hə” dedi

Türkiyə İŞİD-lə müharibəyə “hə” dedi
  03 Oktyabr 2014    Oxunub:1734
Türkiyə parlamenti Silahlı Qüvvələrə xaricdə hərbi əməliyyatlar aparmağa, həmçinin ölkə ərazisində xarici hərbi kontingentin yerləşdirilməsinə icazə verib.
Bu barədə AzVision.az “Reuters”-ə istinadən xəbər verir.

Qeyd edək ki, Türkiyə hökuməti Suriya və İraqda “İraq və Şam İslam Dövləti” terror təşkilatına qarşı ölkə xaricində əməliyyatların aparılmasına izn verilməsi ilə bağlı ölkə parlamentinə sorğu göndərmişdi. Türkiyə parlamentində təmsil olunan 396 deputatdan 298-i bu qanun layihəsinin xeyrinə səs verib.Qərara əsasən Türkiyəm ordusu bir il ərzində ölkə xaricində hərbi əməliyyatlar keçirə bilər.

Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti