Azərbaycandan Rusiyaya 157 min ton meyvə göndərilib

Azərbaycandan Rusiyaya 157 min ton meyvə göndərilib
  03 Oktyabr 2014    Oxunub:1916
Bu il ərzində Azərbaycan Dağıstan ərazisi vasitəsilə Rusiyaya 157 min ton meyvə-tərəvəz çatdırıb.
Bu barədə AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir.

Məlumata əsasən Azərbaycandan Rusiyaya əsasən kartof məhsulu və fındıq aparılır.
Ötən gün Azərbaycana səfərə gələn Rusiya Federasiya Şurasının sədri Valentina Matvienko ərzaq tədarükü sahəsində Rusiya və Azərbaycan əməkdaşlığının daha da genişləndiriləcəyini bildirib.

“Qərb ölkələrindən meyvə-tərəvəz tədarükünə qoyulan sanksiyalar Azərbaycan və Rusiya üçün yeni imkanları yaradır. Bu ölkə artıq bizim bazara böyük həcmlərdə meyvə, tərəvəz, ət məhsulları tədarük edir. Artıq tərəflər Azərbaycandan Rusiya bazarına meyvə-tərəvəz tədarükünün artırılmasına dair razılığa gəliblər”, - deyə Matvienko vurğulayıb.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti