Rusiyada azərbaycanlı biznesmen həbs edildi
Elşad Əfsar oğlu Hüseynov – Rusiyada məşhur cüdoçu, Perm vilayətinin Cüdo ustaları Federasiyasının rəhbərlərindən biridir. O dəfələrlə Rusiya Dövlət Dumasının deputatı Dmitri Qorovçovun köməkçisi olduğunu bəyan edib. “Ədalətli Rusiya” partiyasından da Elşad Hüseynovun rəsmi şəkildə Dövlət Dumasının deputatının köməkçisi vəsiqəsi aldığı təsdiqləyiblər.
Rusiya KİV-nin yaydığı məlumata görə, Elşad Hüseynovunda üzvü olduğu dəstə 2011-2014-cü illərdə cinayətkarlıqla məşğul olub. Onlar sistemli şəkildə Solikamsk şəhəri və Perm vilayətinin Mendeleyevo şəhərində şəxsi təchizatçılarda ağacdan hazırlanan tikinti məhsullarını alaraq Rusiya Federasiyasının büdcəsindən əlavə dəyər vergisinin qanunsuz şəkildə ödənilməsini həyata keçiriblər. Daha sonra onlar bu məhsulları Azərbaycan, İran, Çin və digər ölkələrə göndərirmişlər.
Eldar Tanrıverdiyev
Teqlər: