Lukaşenko: “Ukraynada yenidən etirazlar ola bilər”
“Ukraynada yeni “Maydan”lar ola bilər. Çünki hazırkı hakimiyyət meydanlara çıxan insanların tələblərini yerinə yetirməyib. Bu ölkə daxilində növbəti münaqişələrin baş verməsinə səbəb ola bilər”, - deyə Lukaşenko müsahibəsində bildirib.
Lukaşenko hesab edir ki, Kiyevin mərkəzində müstəqillik meydanda etiraz edənlər hakimiyyəti devirdikdən sonra Ukraynada demək olar ki, “heç nə deyişməyib”. Əgər korrupsiyaya quşanan hakimiyyətin devrilməsindən sonra Ukraynada hakimiyyətə yeni bir rejim gəlsəydi onda bu haqda nəsə müzakirə aparmaq olardı. Lakin faktiki olaraq indiki hakimiyyət özündən əvvəlkindən heç nə ilə fərqlənmir.
Eldar Tanrıverdiyev